Lider
Lider (ingiliscə "leader" — birinci, aparıcı, qabaqda gedən) — qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxs. İnsanlar qrupu bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Harri Trumana görə, lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.
Psixologiya elmində liderlərin aşağıdakı təsnifatı vardır:
ruhlandıran lider;
universal lider;
situasiyaya görə lider;
işgüzar lider.
Liderin xüsusiyyətləri dedikdə bu xüsusiyyətlər 3 qola ayrılır:
Özünə inam
Aktiv həyat
Təşəbbüskarlıq
Motivasiya
Məsuliyyət
Rəhbərlik etmək bacarığı
Təşkilati bacarıqlar
Fürsət və təhlükələri görmə perspektivi
Çeviklik, manevr qabiliyyəti
Komanda işini və komanda üzvlərini qorumağa hazır olmaq
Ədalət
Ardıcıllara özlərini inkişaf etdirmək və təsdiqləmək üçün şərait yaratmaq
formal lider — o situasiyaya turduğu vəzifəyə görə təsir edir;
qeyri-formal lider — o situasiyaya qabiliyyətinə, məlumatlılığına və ya hansısa xüsusiyyətinə görə təsir edir.
Liderlərin fəaliyyət stili aşağıdakı kimi olur:
avtoritar - ciddi intizam tətbiq edilir, dəqiq vəzifə bölgüsü olur, onunla mübahisə edilmir, qrupun rəyinə qulaq asılmır, hamı onun qərarına tabe olmalıdır;
demokratik - qrup üzvləri ilə məsləhətləşmələr aparılır, qrupun rəyi əsas götürülür, səlahiyyətin bir hissəsi qrupun digər üzvlərinə verilir;
anarxik - qrupda intizam yoxdur, qərarlar xaotik qəbul olunur, liderlər tez-tez dəyişir, hər hansı qərar icrasına nəzarət yoxdur.
Lider formal, yaxud da qeyri-formal ola bilər. Formal lider təyin edilir, onun qərarları rəsmi lider olduğuna görə yerinə yetirilir. Qeyri-formal lider rəsmi qruplarda qərar qəbulunda birbaşa iştirak etmir. Вununla belə onun rəyi daima bilinir və təsir imkanına malikdir.